logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Xarici ticarət əlaqələri haqqında

15.07.2019, 11:11

2019-cu ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 163 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14074,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8240,0 milyon dollar, idxalın dəyəri 5834,2 milyon dollar təşkil etmiş, nəticədə 2405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxal 51,3 faiz, ixrac 0,1 faiz artmışdır. Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxal 20,4 faiz, ixrac 0,4 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,7 faizini İtaliyaya, 11,4 faizini Türkiyəyə, 7,0 faizini Çinə, 5,6 faizini Hindistana, 5,5 faizini Almaniyaya, 5,2 faizini İsrailə, 5,0 faizini İspaniyaya, 3,9 faizini Çexiyaya, 3,4 faizini Gürcüstana, 3,2 faizini Rusiyaya, 3,0 faizini Fransaya, 2,5 faizini Portuqaliyaya, 14,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 6,6 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi İran, 3,6 faizi Kanada, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,7 faizi İtaliya, 2,1 faizi Fransa, 2,0 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2019-cu ilin yanvar-may aylarında ölkədən 786,6 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə isə 12,6 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (23,0 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (6,7 faiz), İtaliyaya (3,6 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,0 faiz), İrana (1,9 faiz), Çinə (1,8 faiz), Niderlanda (1,4 faiz) və Almaniyaya (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

2019-cu ilin yanvar-may aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 19,7 faiz, təzə meyvə – 36,8 faiz, kartof – 18,2 faiz, şəkər – 3,9 faiz, tütün – 1,7 dəfə, meyvə və tərəvəz şirələri – 31,4 faiz, meyvə və tərəvəz konservləri – 11,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 28,8 faiz, pambıq lifi – 2,9 dəfə, pambıq ipliyi – 1,6 dəfə, qara metallardan yarımfabrikatlar – 5,7 dəfə, bentonit gili – 20,3 faiz artmış, çay ixracı isə 1,3 faiz, bitki yağları – 25,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 25,2 faiz, polietilen – 4,9 faiz, emal olunmamış alüminium – 16,3 faiz, qara metallardan borular – 77,4 faiz azalmışdır.

2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2019-cu ilin yanvar-may aylarında buğda idxalı 14,6 faiz, təzə meyvə – 4,6 faiz, xam şəkər və şəkər – 6,2 dəfə, kartof – 13,3 faiz, çay – 2,9 faiz, quş əti və onun əlavə məhsulları – 18,0 faiz, mal əti – 0,7 faiz, təzə tərəvəz – 39,3 faiz, minik avtomobilləri – 2,2 dəfə, qara metallardan çubuqlar – 20,7 faiz, hesablama maşınları, blok və qurğuları – 42,0 faiz, mebellər – 8,9 faiz, rezin şinlər – 3,6 faiz, polietilen – 20,0 faiz, məişət kondisionerləri – 1,9 dəfə, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 1,1 faiz, qara metallardan künclüklər – 15,9 faiz, avtobuslar – 1,9 dəfə artmış, bitki yağı idxalı isə 23,3 faiz, siqaret – 39,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,6 faiz, qara metallardan borular – 6,9 faiz, polad prokatı – 2,7 faiz, mineral gübrələr – 5,6 faiz, sement və sement klinkerləri – 29,5 faiz, məişət soyuducuları – 9,1 faiz azalmışdır.

Əlaqə telefonu: 538-77-25

         

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim