AZ    EN
logo
2020-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz azalmışdır. 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 2,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında əsas kapitala 2,7 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-iyun aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,2 faiz artmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-may aylarında orta aylıq nominal əməkhaqqı 728,9 manat olmuşdur. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

2019-cu ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı

15.07.2019, 11:00

2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37825,2 milyon manata çatmış, əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olmuşdur.

ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil etmişdir.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, sənayedə 2,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 faiz, digər xidmət sahələrində 1,8 faiz artmış, tikintidə isə 11,2 faiz azalmışdır.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artmışdır.

Əlaqə telefonu:  538-74-50

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim