AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Əsas kapitala yönəldilmiş vəsait haqqında

12.07.2019, 10:52

2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6131,6 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 63,8 faizi məhsul istehsalı sahələrinə, 26,6 faizi xidmət sahələrinə, 9,6 faizi isə ümumi sahəsi 1087,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7 faiz, büdcə vəsaitləri 27,7 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, bank kreditləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.               

Əlaqə telefonu: 539-87-17               

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim