AZ    EN
logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Parisdə keçirilən Avropa Statistikləri Konfrasında iştirak edir

27.06.2019, 09:54

26-28 iyun 2019-cu il tarixlərində Fransanın paytaxtı Parisdə Avropa Statistikləri Konfransının 67-ci plenar sessiyası keçirilir. Konfransda ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Konfrans rəsmi statistikanın modernizasiyası istiqamətində yeni çağırışlar və qarşıya çıxan problemlərin həlli yolları, rəsmi statistika məqsədləri üçün yeni məlumat mənbələrinin və imkanların müəyyənləşdirilməsi, informasiya sistemlərinin idarə olunmasına yanaşmalar, dayanıqlı inkişaf məqsədləri ilə müəyyən edilmiş hədəflər üzrə statistik məlumatların əldə edilməsi üçün yol xəritələrinin hazırlanması və digər mühüm məsələlərin müzakirəsinə həsr edilib.

Sessiyada həmçinin işçi qruplar və ekspertlər tərəfindən statistikanın ayrı-ayrı sahələri üzrə aktual məsələlərə həsr edilmiş məruzələr təqdim edilib, BMT-nin Avropa İqtisadi Komissiyasının 2018 və 2019-cu illər üzrə Statistika Proqramının icra vəziyyəti, habelə 2020-ci il üzrə qarşıya qoyulmuş vəzifələri və əldə ediləcək nəticələri əhatə edən növbəti proqram haqqında məlumat verilib. 

Səfər zamanı Dövlət Statistika Komitəsi ilə tərəfdaş ölkələrin statistika qurumları arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi də nəzərdə tutulub.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim