logo
Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında əsas kapitala 7395,5 milyon manat vəsait yönəldilmişdir 2019-cu ilin yanvar-iyul aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 21,1 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
image

Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” geniş qeyd olunub

14.06.2019, 15:01

İyunun 14-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb.

Sonra ədəbiyaşar lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixindəki əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra dövlət quruculuğu prosesinin başlanmasından, ulu öndərin ölkəni xaos və hərc-mərclikdən, vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etməsindən və bunun müstəqil dövlətimizin taleyində dönüş anı olmasından ətraflı bəhs edib. Bildirib ki, müasir tariximizdə Milli Qurtuluş Günü kimi əbədiləşmiş 15 iyun əsl xilaskarlıq səlnaməsi və Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin parlaq qələbəsi günüdür.

Komitə sədri qeyd edib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin dərin zəkası bütün maneələri aşaraq qarşıya çıxan çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar edib, sosial-iqtisadi böhranın aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüb, köklü islahatlar həyata keçirərək ölkəmizə həm regionda, həm də dünyada layiqli yer qazandırıb. Məhz dahi rəhbərin səyləri nəticəsində çox keçmədən Azərbaycanın ardıcıl inkişaf mərhələsinə qədəm qoyub, ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət alıb, ictimai-siyasi, iqtisadi, sosial, mədəni sahələrdə inkişafa və tərəqqiyə nail olunub. Dahi rəhbər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Həmçinin, ölkəmiz dünya birliyində layiqli yerini tutub, regionda geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb.

Azərbaycanın inkişaf və tərəqqi dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Tahir Budaqov Heydər Əliyev siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurlarla keyfiyyətçə yeni müstəvidə davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bir həqiqətdir ki, cənab İlham Əliyev qısa zaman kəsiyində qəbul etdiyi praqmatik qərarlarla, habelə reallığa söykənən adekvat addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib, müasir dövrün tələbi kimi qarşıda duran prioritet vəzifələri dəqiqliklə müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf ardıcıllığının daha da çevikliyinə, işləkliyinə nail olub. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənir, qüdrətlənir, sosial-iqtisadi yüksəliş cəmiyyətimizin bütün həyatında özünü qabarıq büruzə verir.

Tədbirdə Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova, Sosial statistika şöbəsi dövlət idarəetməsi və hüquqpozmalar statistikası sektorunun müdiri Fərid Əhmədov və digərlərinin Milli Qurtuluş Gününün ictimai-siyasi əhəmiyyəti ilə bağlı çıxışları dinlənilib. Bildirilib ki, bütün sahələrdə olduğu kimi, statistika sahəsində də əldə edilən bütün nailiyyətlər məhz 1993-cü il iyunun 15-də öz dahiliyini bir daha tarixin sınağına çıxarmış ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim