logo
Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında əsas kapitala 7395,5 milyon manat vəsait yönəldilmişdir 2019-cu ilin yanvar-iyul aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 21,1 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə

31.05.2019, 10:30

2019-cu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,1 min nəfər olmuş və onların 28,5 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.  

Dövlət qulluqçularının 7,4 faizi 1 ilə qədər, 24,2 faizi 1 ildən 5 ilə qədər, 23,2 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 28,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 15,9 faiz, 35-44 yaşda 23,6 faiz, 45-54 yaşda 21,0 faiz, 55-62 yaşda 18,1 faiz, 63-64 yaşda 2,9 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,7 faizini şöbə müdirinin müavinləri, 7,9 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,3 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil etmişdir.

2018-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,3 faiz artaraq 796,5 manat təşkil etmişdir.

Əlaqə telefonu: 538-61-21

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim