AZ    EN
logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
image

Statistika Komitəsinin nümayəndə heyəti Lissabonda təlim səfərində iştirak edirlər

30.05.2019, 10:48

28-31 may 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Portuqaliya Milli Statistika İnstitutunda yüksək vəzifəli şəxslər üçün təlim səfərində iştirak edirlər. Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədi statistik işlər proqramının hazırlanması, coğrafi informasiya sistemləri, biznes statistikasında istifadə olunan təsnifatlar, statistik biznes reyestr, seçmə müayinələrin təşkili, respondentlərin üzərinə düşən statistik yükün azaldılması, inzibati məlumatlardan istifadə, statistik məlumatların yayılması və istifadəçilərlə əlaqələrin qurulması sahəsində Portuqaliya təcrübəsinin öyrənilməsidir.  

Səfər müddətində Portuqaliyalı mütəxəssislər tərəfindən rəsmi statistika məlumatlarının istehsalı prosesi, statistik fəaliyyətlərin planlaşdırılması, statistik işlər proqramlarının, qısamüddətli və uzunmüddətli strategiyaların hazırlanması, coğrafi informasiya sisteminin və statistik biznes registrin təşkili, məlumatların yayılması və istifadəçilərlə əlaqələrin qurulması, kadr potensialının gücləndirilməsi, statistik məlumatların istehsalı prosesində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təqdimatlar nümayiş olunub. Eyni zamanda, Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən rəsmi statistika məlumatlarının istehsalı prosesinin təşkili, son illər bu sahədə həyata keçirilmiş islahatlar və layihələr barədə Portuqaliya tərəfinə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Portuqaliya Milli Statistika İnstitutu arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim