AZ    EN
logo
2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq məhsul satılmışdır 2020-ci ilin yanvar-iyul aylarında 21,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 2,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Pərakəndə ticarət dövriyyəsi haqqında

16.04.2019, 10:49

2019-cu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 8,8 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 4472,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4371,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artmışdır.

Hesabat rübündə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2018-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 8 843,1 102,7
o cümlədən:
ərzaq məhsulları 4 019,2  102,5
içkilər və tütün məmulatları   452,9 101,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 563,8 103,0
elektrik malları və mebellər 525,7 102,6
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 65,1 102,9
əczaçılıq və tibbi mallar 110,5 103,5
avtomobil yanacağı 493,2 101,9
digər qeyri-ərzaq məhsulları      1 612,7 103,6

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.   2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8 faiz artmış, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda 3,5 faiz azalmışdır.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 Əlaqə telefonu: 538-77-25

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim