AZ    EN
logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalara dair işlər haqqında

10.04.2019, 11:46

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 62113 işə baxılmışdır ki, bu da 2017-ci ilin göstəricisindən 10,9 faiz çoxdur. Onların 61,8 faizi idarəçilik qaydaları, 5,3 faizi mülkiyyət, 4,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 4,6 faizi yol hərəkəti qaydaları, 4,0 faizi sağlamlıq, 0,9 faizi gömrük qaydaları, 0,8 faizi iqtisadi fəaliyyət qaydaları, 0,6 faizi ticarət qaydaları əleyhinə olan, 2,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 15,1 faizi isə digər inzibati xətalarla bağlı olmuşdur. 

2018-ci ildə baxılmış işlərin 62,9 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 28,2 faizinin icraatına xitam verilmiş, 8,4 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılmış, 0,5 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilmişdir.

İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,8 faiz artaraq 39094 nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48,0 faizinə inzibati cərimə, 26,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 21,6 faizinə inzibati həbs, 2,4 faizinə ictimai işlər, 1,5 faizinə isə digər tənbeh növləri tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-63-61

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim