AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Uşaqların övladlığa götürülməsi haqqında

01.04.2019, 11:08

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə 751 uşaq övladlığa götürülmüşdür ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olmuşdur.    

2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında  21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunmuş və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülmüşdür.

Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülmüşdür ki, onların da 4-ü qızdır.

2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülməsi barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olmuşdur.

Əlaqə telefonu: 538-63-61

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim