logo

Atmosfer havasına atılan zərərli maddələr haqqında

27.03.2019, 10:33

2018-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2017-ci illə müqayisədə 37,9 min ton azalaraq ümumilikdə 1122,6 min ton təşkil etmişdir ki, onun da 84,6 faizi və ya 950,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 6,4 faiz, avtomobillərdən atılmış maddələrin həcmi isə 2,7 faiz azalmışdır.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdən atmosferə təmizlənmədən atılan zərərli maddələrin 57,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində yeni qaztəmizləyici qurğuların istifadəyə verilməsi, mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması və texnoloji proseslərin təkmilləşdirilməsi nəticəsində hava hövzəsinə il ərzində 1,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır. Tullantıların həcmi sənaye mərkəzlərindən olan Mingəçevir şəhərində 4,7 min ton, Şirvan şəhərində 1,9 min ton, Sumqayıt şəhərində 0,3 min ton azalmış, Bakıda isə 7,9 min ton artmışdır.

Atmosferə atılmış bütün zərərli tullantıların 66,7 faizini karbohidrogenlər, 12,1 faizini azot oksidi, 9,7 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir.

Əlaqə telefonu: 538-63-03

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim