AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Turizmin inkişafı haqqında

19.03.2019, 11:52

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-fevral aylarında  Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin            29,8 faizi Gürcüstan, 27,6 faizi Rusiya Federasiyası, 12,0 faizi Türkiyə, 5,8 faizi İran, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Pakistan, 1,4 faizi İraq, 14,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 72,0 faizini kişilər, 28,0 faizini isə qadınlar təşkil etmişdir.

Ölkəmizə yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7 faiz), Çin (32,7 faiz), Yaponiya (32,3 faiz), Oman (24,4 faiz), Cənubi Koreya (23,8 faiz), Gürcüstan  (23,7 faiz) və Polşa (21,3 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9 faiz azalaraq 121,9 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 731,6 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 26,2 faizi Gürcüstana, 18,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7,0 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,7 faizi kişilər, 32,3 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Gürcüstana gedənlərin sayı 7,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,9 faiz  artmışdır.

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,0 faizi dəmir yolu və avtomobil, 16,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-93-98

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim