logo
Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında əsas kapitala 7395,5 milyon manat vəsait yönəldilmişdir 2019-cu ilin yanvar-iyul aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 21,1 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
image

Statistika sahəsində Niderland təcrübəsi öyrənilir

15.03.2019, 10:52

12-15 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində tərəfdaş ölkə qismində çıxış edən Niderlandın Mərkəzi Statistika Bürosunda səfərdə olub. Səfər müddətində qısamüddətli biznes statistikası üzrə məlumatların toplanması, emalı, təhlili və yayılması, sənaye məhsulları və xidmətlərin istehsalı indekslərinin, iqtisadiyyatın ayrı-ayrı sahələrində istehsalçı qiymət indekslərinin hesablanması ilə bağlı Niderland təcrübəsi öyrənilib. 

Niderlandlı mütəxəssislər tərəfindən biznes statistikası üçün istifadə edilən məlumat mənbələrinə, biznes reyestrə, statistik müşahidələrə və inzibati məlumatlara dair təqdimatlar edilib, statistik istehsal prosesinin təşkili ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. Toplanmış məlumatların keyfiyyətinin təmin olunması üçün onların təhlili ilə bağlı tətbiq edilən üsullar və proqram təminatları nümayiş etdirilib, Büronun Haaqa və Heerlen şəhərlərində yerləşən ofisləri, çağrı və məlumatların yayım mərkəzi ilə yerində tanışlıq baş tutub.

Layihə çərçivəsində Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında əməkdaşlıq perspektivləri, həmçinin layihənin müvafiq komponenti üzrə yeni ekspertlərin seçimi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda Azərbaycanda rəsmi statistikanın təşkili və son illər həyata keçirilmiş islahatlar haqqında məlumat verilib.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim