logo
Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında əsas kapitala 7395,5 milyon manat vəsait yönəldilmişdir 2019-cu ilin yanvar-iyul aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 21,1 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
image

Əhalinin siyahıyaalınmasına hazırlıq işləri çərçivəsində təlimlər keçirilib

01.03.2019, 15:19

20-22 fevral və 27 fevral - 01 mart tarixlərində Dövlət Statistika Komitəsində “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına əsasən hazırlanmış “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı”na uyğun olaraq 1-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək əhalinin siyahıyaalınması ilə bağlı təlimlər keçirilib. Yerli statistika orqanlarının rəislərinin və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə nümayəndələrinin  qatıldığı təlimlərdə iştirakçılara əyani vasitələrdən istifadə olunmaqla təqdimatlar edilib, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun, Siyahıyaalma qrupunun rəhbəri Azad Abasəliyevin və Əhali statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibovun  çıxışları dinlənilib.

Təlim proqramı Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi qaydalarını, siyahıyaalma və sorğu vərəqələrinin doldurulmasına dair göstərişləri, yerli statistika orqanlarının rəislərinin və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonu üzrə nümayəndələrinin, siyahıyaalma məntəqələrinin müdirlərinin və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların əhalinin siyahıyaalınması ilə bağlı vəzifələrini və fəaliyyət istiqamətlərini, əhalinin siyahıyaalınması ilə bağlı ümumilikdə 27 metodoloji və digər sənədlərin izahlı təqdimatını əhatə edir. İştirakçılara siyahıyaalma və sorğu vərəqələrinin, siyahıyaalma zamanı istifadə edilən digər sənədlərin onların doldurulmasına dair göstərişlərə uyğun olaraq izahları verilib, təlim iştirakçıları həmin sənədləri nümunə üçün tərtib ediblər.

Təlimin əsas məqsədlərindən biri də mənimsənilmiş proqram əsasında inzibati ərazi vahidi üzrə təşkilati planın “Siyahıyaalma məntəqələri üzrə işçilərin təlimatlandırılması planı”na  uyğun olaraq müəyyən edilmiş tarixlərdə yerli statistika orqanlarının rəisləri və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə nümayəndələri tərəfindən siyahıyaalmaya cəlb ediləcək işçilərin, yəni siyahıyaalma məntəqələrinin müdirlərinin və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların təlimatlandırılmasının təmin edilməsidir.

Tədbirdə təlim proqramında əhatə olunan mövzulara dair geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim