logo

Geoloji-kəşfiyyat işləri haqqında

28.02.2019, 12:29

2018-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 35,8 milyon manat və ya 2017-ci illə müqayisədə 10,9 faiz çox vəsait sərf olunmuşdur.

Geoloji-kəşfiyyat işlərinə xərclənmiş vəsaitin 82,4 faizi və ya  29,5 milyon manatı neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmişdir.

2017-ci illə müqayisədə ötən il regional geoloji-geofiziki işlərə 9,3 faiz, əlvan metalların kəşfiyyatına 7,7 faiz, radioaktiv metalların kəşfiyyatına 6,1 faiz, qara metalların kəşfiyyatına 5,0 faiz, hidrogeoloji işlərə 4,4 faiz, nəcib metalların kəşfiyyatına 4,3 faiz çox vəsait sərf edilmişdir.

Əlaqə telefonu: 538-63-03

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim