logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Əsas kapitala yönəldilmiş vəsait haqqında

18.02.2019, 16:44

2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9 faiz artmışdır. Ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 5,1 faiz, büdcə vəsaitləri 4,1 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,8 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar ayında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu kimi mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.   

Əlaqə telefonu:  539-87-17  

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim