AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Azərbaycanda demoqrafik vəziyyət

18.02.2019, 12:00

Ötən il ölkə əhalisinin sayı 83372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və  Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda 104, Aran iqtisadi rayonunda 96, Yuxarı Qarabağ iqtisadi rayonunda 93, Quba-Xaçmaz iqtisadi rayonunda 79, Şəki-Zaqatala iqtisadi rayonunda 70, Dağlıq Şirvan iqtisadi rayonunda 52, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 40 nəfər olmuşdur.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2018-ci ildə 138982 nəfər doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil etmişdir. Körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olmuşdur.

Ötən il ölkədə 57250 ölüm halı qeydə alınmış və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə  5,8 təşkil etmişdir.

Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olmuşdur. Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala,  Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olmuşdur.

2018-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3220 nəfər gələn və Azərbaycandan 1580 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 1640 nəfər təşkil etmişdir.

Əlaqə telefonu: 538-51-43

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim