logo
Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında əsas kapitala 7395,5 milyon manat vəsait yönəldilmişdir 2019-cu ilin yanvar-iyul aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 21,1 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Kənd təsərrüfatı texnikasının satışı haqqında

30.01.2019, 11:17

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6030 vahid kənd təsərrüfatı texnikası gətirilmişdir.

2018-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 197,9 milyon manat dəyərində 118 vahid taxılyığan kombayn, kombayna qoşulan 27 vahid biçici aqreqat, 101 vahid pambıqyığan kombayn, 13 vahid çuğundur çıxaran, 1346 vahid  müxtəlif növ traktor, 588 vahid traktor yedəkləri (qoşqular), 692 vahid kotan, 219 vahid mala, 259 vahid kultivator, 89 vahid ot biçən, 32 vahid ot dırmığı, 60 vahid ot, küləş presləyən, 212 vahid çiləyici və tozlayıcı, 652 vahid səpici aqreqat, 65 vahid gübrəsəpən, 25 vahid bağarası frez, 30 vahid taxıl (toxum) təmizləyən və 634 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılmışdır.

Əlaqə telefonu: 538-75-71

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim