AZ    EN
logo
2020-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 8180,5 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-may aylarında ölkədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,6 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-may aylarında 0,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 736,2 manat olmuşdur. 2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Turizmin inkişafı haqqında

22.01.2019, 14:37

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 30,9 faizi Rusiya Federasiyası, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 6,5 faizi yanvar, 5,8 faizi fevral, 9,7 faizi mart, 7,7 faizi aprel, 7,3 faizi may, 9,5 faizi iyun, 11,6 faizi iyul, 11,3 faizi avqust, 8,1 faizi sentyabr, 7,4 faizi oktyabr, 7,5 faizi noyabr, 7,6 faizi isə dekabr ayında ölkəyə gəlmişdir.

2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,0 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artmışdır. İrandan gələnlərin sayında 33,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 8,3 faiz azalma müşahidə edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur.

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Cənubi Koreyadan gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artmışdır.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 1044,2 min nəfər olmuşdur.                                                                                        

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5 faizi dəmir yolu və avtomobil, 41,5 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 4908,1 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,6 faizi İrana, 29,2 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz artmışdır.

2018-ci ildə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,4 faizi dəmir yolu və avtomobil, 17,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim