AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.
image

Dövlət Statistika Komitəsində 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib

18.01.2019, 14:42

Yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Anım mərasimində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.   

Tədbirdə 20 Yanvar faciəsi haqqında məlumat verən Dövlət Statistika Komitəsi  sədrinin birinci müavini Vahab Məmmədov keçmiş sovet hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirib, eyni zamanda Аzərbaycan хаlqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldığını qeyd edib. Bildirib ki, Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Vahab Məmmədov qeyd edib ki, 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də öz həyatını real təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləyib, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını qətiyyətlə tələb edib. Vurğulanıb ki, yalnız dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri araşdırılıb, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Ulu öndərin siyasi idarəçiliyini böyük məharətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim uca tutulduğu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğu, şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd kimi qoyulduğu  diqqətə çatdırılıb.

Komitənin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin məsləhətçisi Samir Quliyev və digərləri Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin xalqımızın yaddaşında hüznlü, eyni zamanda, şərəfli gün kimi qaldığını, öz istiqlaliyyətini tələb etmək üçün dinc etiraz hərəkatı keçirən Azərbaycan xalqına qarşı sovet imperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan haqlarının birbaşa pozulması və cinayət olduğunu qeyd ediblər. Çıxışlarda bu hadisənin yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün mühüm nəticələrə səbəb olduğu, Azərbaycanın və digər postsovet ölkələrinin azadlığa qovuşmasını sürətləndirdiyi, ulu öndər Heydər Əliyevin o zaman SSRİ-nin rəhbərliyinə qarşı tarixi bəyanatının, göstərdiyi qətiyyət və fədakarlığın əvəzedilməz olduğu bir daha xatırlanıb. Bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunəsi, sonralar faciəyə siyasi qiymətin verilməsində Ulu Öndərin böyük rolu xüsusi qeyd edilib.

Tədbirin sonunda Azərbaycan Televiziyasının hazırladığı 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim