AZ    EN
logo
2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52074,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28054,9 milyon manatlıq mal satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 15667,8 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 3,8 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında 4,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı 710,2 manat olmuşdur. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Əsas kapitala yönəldilmiş vəsait haqqında

17.01.2019, 14:20

2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 68,0 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22,0 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23,0 faiz artmışdır. Ümumi sərmayənin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi isə ümumi sahəsi 2084,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 faiz, bank kreditləri 11,0 faiz, büdcə vəsaitləri 25,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.

2018-ci ildə mühüm əhəmiyyətli obyektlərdən Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tədris binası, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi, Binəqədi Rayon Məhkəməsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Gənclər Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən avtomobil yolu, Sumqayıt şəhərində Pestisidlərin və aqrokimyəvi məhsulların istehsalı zavodu, Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, tütün məmulatları istehsalı fabriki, əlvan metallar və ferroərintilər zavodu, inşaat kimyəviləri zavodu, Sumqayıt Dəmiryol Vağzalı, Mingəçevir şəhərində “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Lənkəran şəhərində 2 dəyirman, “Azərxalça” ASC-nin filialı, “Lənkəran-2” yarımstansiyası, Ağdam rayonunda Qarabağ Atçılıq Kompleksi, “Azərxalça” ASC-nin Ağdam filialı, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, İsmayıllı rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, “İsmayıllı” elektrik yarımstansiyası, “Azərxalça” ASC-nin İsmayıllı filialı, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda “Xəzər” avtomobil zavodu, Şamaxı rayonunda Üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu, Masallı rayonunda Sənaye məhəlləsi, Çəltik emalı müəssisəsi, Qax rayonunda Aqropark, “Yurd hotel” mehmanxanası, Lerik rayonunda Elektrik stansiyası, Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı, Quba rayonunda meyvə emalı zavodu, “ABAD Factory” İstehsalat Kompleksi, Mərkəzi Xəstəxana, İmişli rayonunda Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 45 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində 520 çarpayılıq 2 xəstəxana, Naftalan şəhərində 60 çarpayılıq xəstəxana və s. obyektlər istifadəyə verilmişdir.

Əlaqə telefonu:  539-87-17

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim