logo
Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında əsas kapitala 7395,5 milyon manat vəsait yönəldilmişdir 2019-cu ilin yanvar-iyul aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 21,1 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

2018-ci ildə sənaye istehsalı haqqında

15.01.2019, 17:01

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 47,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz, neft sektorunda isə 0,4 faiz artmışdır.

Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 22,2 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 5,8 faiz artmış, neft hasilatı isə ötən ilin səviyyəsində qalmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,0 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 82,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 26,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 14,0 faiz, içkilərin istehsalı 12,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 9,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, kağız və karton istehsalı 0,5 faiz artmış, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,7 faiz, əczaçılıq məhsullarının istehsalı 15,1 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, hazır metal məmulatlarının istehsalı 27,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 67,3 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 faiz artmışdır.

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim