AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.
image

Dövlət Statistika Komitəsində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

11.12.2018, 17:46

Dekabrın 11-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Sonra keçiriliən anım mərasimi əbədiyaşar şəxsiyyət Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.          

Tədbirdə məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, əsrlər boyu xalqımıza xidmət edəcək zəngin siyası irsindən və ən yeni tariximizdəki xilaskarlıq missiyasından danışıb. Bildirib ki, nadir tarixi şəxsiyyət olan Heydər Əliyev bütün həyatını xalqımıza həsr edərək ona güclü, sarsılmaz, qüdrətli bir dövlət miras qoyub. Qədirbilən xalqımız beynəlxalq səviyyədə də sevilən, hörmət bəslənilən ümummilli lider Heydər Əliyevin xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti ilə daim qürur duyur və bu gün dahi rəhbərin siyasi kursunu yeni müstəvidə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz inanır və onun ulu öndərimizin siyasi varisi kimi yürütdüyü siyasi, iqtisadi, sosial islahatları yekdilliklə dəstəkləyir. Bütün bunlar bir daha sübut edir ki, dövlət başçımızın rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və xalqımızı davamlı inkişafa və tərəqqiyə aparır.

Dövlət Statistika Komitəsi Aparatının Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə, Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Fərhad Əliyev və digərləri qeyd ediblər ki, ulu öndər xalqımızın gələcək inkişaf yolunun möhkəm təməlini qoyaraq Azərbaycanın 10 illər sonra da inkişaf istiqamətini proqnozlaşdırmaqla dövlətimizin qlobal inkişaf yolunu müəyyənləşdirib. Bu gün qürurla deyə bilərik ki, Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin dayanıqlılığı tam təmin edilib, dünya ictimaiyyəti beynəlxalq arenada Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər, yüksək rəyini, fikrini söyləyirsə, Azərbaycanın apardığı xarici siyasətlə hesablaşırsa, bu özü də Heydər Əliyevin xalqımız üçün göstərdiyi tarixi xidmətlərinin parlaq nəticəsidir. Və müstəqil Azərbaycanın inkişafının hər bir zərrəsində əbədiyaşar liderin ideyaları yaşayır və əbədiləşir.

Tədbirin sonunda iştirakçılar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən Azərbaycan Televiziyasının istehsalı olan filmə baxıblar.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim