logo
2018-ci ildə əvvəlki illə müqayisədə sənaye məhsulu istehsalı 1,5 faiz artmışdır 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 37,1 milyard manat olmuşdur 2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz bahalaşmışdır 2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540,1 manat olmuşdur 2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1553,6 min nəfər olmuşdur 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 2633,5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir 2019-cu ilin məhsulu üçün cari il dekabr ayının 1-i vəziyyətinə 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 72432,1 milyon manat olmuşdur 2018-ci ilin yanvar-noyabr aylarında 44,0 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 12899,4 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsi üzrə 32,4 milyard manat məhsul satılmışdır. 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz bahalaşmışdır
image

Dövlət Statistika Komitəsi ilə FAO arasında əməkdaşlıq məsələləri genişləndirilir

05.12.2018, 16:03

4-5 dekabr tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında birgə texniki əməkdaşlıq çərçivəsində FAO-nun cavabdeh olduğu bütün DİM göstəricilərinə dair məlumatların istehsalı, onların beynəlxalq müqayisəliliyin təmin edilməsi, metodologiyalar və göstəricilər üzrə məlumatların əldə edilməsi üçün zəruri qarşılıqlı əlaqələrin yaradılması məsələlərinə həsr edilən tematik seminar keçirilib.

“Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutan seminarda Dövlət Statistika Komitəsinin məsul əməkdaşları ilə yanaşı, inzibati məlumat təchizatçıları qismində təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Seminar çərçivəsində FAO-nun eksperti Rikardo Biankalani tərəfindən “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə qarşıya qoyulan məqsəd və hədəflərə milli səviyyədə nail olunması ilə əlaqədar “6.4.1 Sudan istifadə səmərəliliyinin dəyişməsinin dinamikası” və “6.4.2 Su ehtiyatlarına düşən yükün səviyyəsi: götürülmüş şirin suyun mövcud şirin su ehtiyatlarına faiz nisbəti” adlı göstəricilər üzrə statistik məlumat istehsalının bütün metodoloji aspektlərindən bəhs edən praktiki məşğələlər  təşkil edilib.

İki gün davam edən praktiki məşğələlərdə əldə olunan texniki biliklər sözügedən göstəricilər üzrə aktual, əlçatan, keyfiyyətli və etibarlı məlumatların toplanması, reprezentativ məlumat istehsalı və məlumat mübadiləsi sahəsində statistika potensialının artırılmasına böyük tövhə verəcək.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim