logo
image

Statistika Komitəsinin nümayəndələri Minskdə keçirilən təlimdə iştirak edirlər

05.12.2018, 10:36

4-5 dekabr 2018-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minskdə Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən “Avropa statistikasında inzibati məlumat mənbələrindən istifadə” mövzusuna həsr olunmuş Statistika üzrə Şərq Tərəfdaşlığı İşçi qrupunun 7-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacı, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov və həmin şöbənin baş məsləhətçisi Təranə Məmmədova iştirak edirlər.

Seminara Azərbaycanla yanaşı Belarus, Ukrayna, Moldova, Gürcüstan  statistika orqanlarının mütəxəssisləri, eyni zamanda Avropa İttifaqının Statistika Bürosunun, Litva və Latviyanın ekspertləri də qatılıblar.

Sessiyada inzibati məlumatların statistika işinin təşkilindəki rolu, onlardan  istifadənin hüquqi əsasları, inzibati məlumatlardan istifadə ilə bağlı ən yaxşı Avropa təcrübələri nümayiş olunacaq, eyni zamanda iştirakçı ölkələrin nümayəndələri təqdimatlarla çıxış edəcəklər.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim