logo
Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında əsas kapitala 7395,5 milyon manat vəsait yönəldilmişdir 2019-cu ilin yanvar-iyul aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 21,1 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Əsas kapitala yönəldilmiş vəsait haqqında

16.11.2018, 11:37

2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11482,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 69,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 16,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 18,2 faiz artmışdır. Ümumi sərmayənin 69,1 faizi məhsul istehsalı sahələrinin, 22,6 faizi xidmət sahələrinin, 8,3 faizi isə ümumi sahəsi 1684,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 62,1 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,2 faiz, bank kreditləri 13,0 faiz, büdcə vəsaitləri 26,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,9 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.

2018-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir  Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Lənkəran şəhərində “Azərxalça” ASC-nin filialı, “Lənkəran-2” yarımstansiyası, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, İsmayıllı rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, “İsmayıllı” elektrik yarımstansiyası, “Azərxalça” ASC-nin İsmayıllı filialı, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Şamaxı rayonunda Üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu, Masallı rayonunda Sənaye məhəlləsi, Çəltik emalı müəssisəsi, Qax rayonunda Aqropark, “Yurd hotel” mehmanxanası, Lerik rayonunda Elektrik stansiyası, Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı, Quba rayonunda meyvə emalı zavodu, “ABAD Factory” İstehsalat Kompleksi, Mərkəzi Xəstəxana, İmişli rayonunda Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi,  bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 45 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, 1510 şagird yerlik 5, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı, Tovuz rayonlarında 5948 şagird yerlik 6 ümumtəhsil məktəb binası, Zərdab rayonunda 60 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. obyektlər istifadəyə verilmişdir.

Əlaqə telefonu:  539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim