AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Xarici ticarət əlaqələri haqqında

14.11.2018, 12:57

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 168 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23159,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15254,2 milyon dollar, idxalın dəyəri 7905,2 milyon dollar təşkil etmiş, nəticədə 7349,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-sentyabr  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,3 faiz, o cümlədən ixrac 37,9 faiz, idxal 28,0 faiz artmışdır. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən idxal 2,3 faiz azalmış, ixrac isə 0,9 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,9 faizini İtaliyaya, 8,8 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 5,2 faizini Hindistana, 4,7 faizini Çexiyaya, 4,4 faizini Almaniyaya, 3,9 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini İndoneziyaya, 3,6 faizini Kanadaya, 3,3 faizini Portuqaliyaya, 3,1 faizini Rusiyaya, hər biri 2,7 faiz olmaqla Fransa və Gürcüstana, 2,3 faizini İspaniyaya,  qalan 17,6  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 6,1 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,3 faizi Yaponiya, hər biri 3,1 faiz olmaqla İran və İtaliya, 2,6 faizi  İsveçrə, 2,3 faizi Birləşmiş Krallıq, 2,1 faizi Cənubi Afrika Respublikası, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar-sentyabr aylarında 1207,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 12,9 faiz, real ifadədə isə 3,5 faiz çoxdur.

2018-ci ilin yanvar-sentyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 30,3 faiz, kartof – 15,5 faiz, bitki yağları – 2,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,1 dəfə, meyvə və tərəvəz konservləri – 10,0 faiz, polietilen – 25,5 faiz, emal olunmamış alüminium – 21,1 faiz, pambıq lifi – 2,3 dəfə, qara metallardan borular – 6,2 faiz, pambıq ipliyi – 26,7 faiz artmış, təzə tərəvəz ixracı isə 6,2 faiz, şəkər – 31,6 faiz,  tütün – 21,2 faiz, meyvə və tərəvəz şirələri – 13,9 faiz, çay – 21,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,4 faiz, qara metallardan yarımfabrikatlar – 66,5 faiz, bentonit gili  – 10,4 faiz azalmışdır.

2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında buğda idxalı 11,3 faiz, bitki yağları – 3,4 faiz, təzə meyvə – 51,2 faiz, quş əti və onun əlavə məhsulları – 24,1 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,5 dəfə, qara metallardan çubuqlar – 27,2 faiz, mineral gübrələr – 50,0 faiz, mebellər – 23,0 faiz, hesablama maşınları, blok və qurğuları – 11,3 faiz, polietilen – 29,2 faiz, məişət kondisionerləri – 35,3 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 18,0 faiz, sement və sement klinkerləri – 58,6 faiz, məişət soyuducuları – 2,0 dəfə artmış, siqaret  idxalı isə 2,2 faiz, xam şəkər və şəkər – 35,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,6 faiz, çay – 2,0 faiz, kartof – 17,3 faiz, mal əti – 20,3 faiz, təzə tərəvəz – 46,6 faiz, polad prokatı – 5,9 faiz, rezin şinlər – 1,3 faiz, qara metallardan künclüklər ­– 0,2 faiz, avtobuslar – 20,3 faiz azalmışdır.

Əlaqə telefonu: 538-77-25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim