logo

2018-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında

13.11.2018, 16:26

2018-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39195,3 min ton, yük dövriyyəsi isə 8564,9 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,7 faiz və 2,7 faiz artım müşahidə olunmuşdur. Yüklərin 24685,4 min tonu və ya 63,0 faizi avtomobil nəqliyyatı, 9320,1 min tonu və ya 23,8 faizi dəmir yolu nəqliyyatı, 5189,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,1 faizini və ya 7075,0 min tonunu tranzit yüklər təşkil etmişdir.

Əlaqə telefonu: 538-93-98

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim