logo
2019-cu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat vəsait yönəldilmişdir Ölkə əhalisinin sayı 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə olmuşdur. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar ayında 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2,9 milyard manata bərabər olmuşdur. 2018-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olmuşdur. 2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz bahalaşmışdır. 2018-ci ildə ölkənin avtomobil yollarında 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş vermişdir. İstehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6030 vahid kənd təsərrüfatı texnikası gətirilmişdir 2018-ci ildə Azərbaycana əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ildə ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2018-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz bahalaşmışdır 2019-cu ilin məhsulu üçün cari il dekabr ayının 1-i vəziyyətinə 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 72432,1 milyon manat olmuşdur
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-də səfərdədir

22.10.2018, 16:20

22-24 oktyabr 2018-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Komissiyasının təşkilatçılığı ilə İkinci Ümumdünya Məlumat Forumu keçirilir. Forumda ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İkinci Ümumdünya Məlumat Forumunun keçirilməsinin əsas məqsədi statistik istehsal proseslərinin idarə edilməsində innovativ yanaşmalara dair bilik və təcrübə mübadiləsinin təmin edilməsi, statistika potensialının artırılması məqsədilə bütün maraqlı tərəflər arasında konstruktiv dialoqun inkişafı və ölkələrin qlobal çağırışlara adekvat reaksiyasının nümayiş etdirilməsi məsələlərinin müzakirə edilməsindən ibarətdir. Milli statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi birliklərin, qeyri-dövlət tədqiqat təşkilatlarının 1000-dən çox nümayəndəsinin qatıldığı beynəlxalq tədbirdə iştirakçılar plenar iclaslarda, innovasiya laboratoriyalarında, məlumat paylaşma sahələrində fəal iştirak edərək öz qabaqcıl təcrübələrini bölüşəcəklər. Üç gün davam edən forumun proqramı geniş mövzulardan ibarət altı əsas tematik sahə ətrafında təşkil edilib.

“Daha yaxşı məlumat üçün potensial inkişafına dair yeni yanaşmalar”, “Məlumat ekosistemləri üzrə innovasiya və sinerjilər”, “Heç kimi kənarda qoymamaq”, “Dünyanı məlumat vasitəsilə anlamaq”, “Məlumatlara və statistikaya etibarlığın təmin edilməsi”, “Nə qədər yol qət etmişik?” mövzuları ölkələrdəki məlumat ekosistemlərinə dəstəyin verilməsi məqsədi ilə yeni qarşılıqlı əlaqələrin yaradılmasına və əməkdaşlığın inkişafına, yeni və ənənəvi məlumat mənbələrinin inteqrasiyası və istifadəsi üçün əlverişli mühitin yaradılmasına, bütün əhalinin əhatə edilməsini təmin etmək məqsədilə statistikanın toplanması və təkmilləşdirilməsinə, onun bütün istifadəçilər üçün yararlı edilməsinə, statistik savadlılığın artırılmasına, jurnalistikada məlumat istifadəsinin genişləndirilməsinə, Dayanıqlı İnkişaf Məlumatlarına dair Keyptaun Qlobal Fəaliyyət Planının icra vəziyyətinin nəzərdən keçirilməsinə, bu sahədə atılan praktiki addımların və ortaya çıxan çətinliklərin müzakirəsinə həsr olunub.

Tematik sahələr çərçivəsində keçirilən sessiyalarda statistik potensialın gücləndirilməsinin strateji milli planlaşdırmaya inteqrasiyası, milli statistika qurumlarının və digər hökumət və qeyri-hökumət qurumlarında yeni bacarıqların inkişaf etdirilməsi, təlimlərdən istifadə edilməsi, dövlət və özəl sektorlar arasında tərəfdaşlıqların təşviqi, donor bazasının genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmanın ölçülməsi üçün maliyyə alətlərinin yaradılması, milli statistika qurumunun ölkə daxilindəki koordinasiya rolunun artırılması, milli statistika qurumu və qeyri-ənənəvi məlumat istehsalçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi, coğrafi məkan məlumatların və statistikanın inteqrasiya edilməsi, irihəcmli məlumatların və digər yeni məlumat mənbələrinin istifadəsi ilə bağlı risklərin azaldılması, ənənəvi və innovativ yanaşmalar vasitəsilə məlumat toplamaqda həssas qrupların etimadının qazanılması, konfidensiallıq nəzərə alınmaqla mikroməlumatlara daxilolma imkanlarını təmin etməkdə çətinliklərin aradan qaldırılması, şəhər və yerli səviyyələrdə məlumatların səmərəli istehsal və istifadə edilməsi, qərarvericilərin keyfiyyətli məlumatlarla təmin edilməsi, məlumat mübadiləsinin optimallaşdırılması, vətəndaşların məlumatlardan istifadə imkanlarının genişləndirməsi, açıq məlumat prinsiplərinin tətbiqi imkanları, məlumat standartları, texnoloji və istifadəçi ehtiyaclarının müəyyən edilməsi, milli statistik sistemlərin modernləşdirilməsinə strateji investisiyaların səfərbər edilməsi və maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiyanın dəstəklənməsi kimi aktual məsələlər müzakirə olunacaq.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim