logo
2019-cu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat vəsait yönəldilmişdir Ölkə əhalisinin sayı 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə olmuşdur. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar ayında 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2,9 milyard manata bərabər olmuşdur. 2018-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olmuşdur. 2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz bahalaşmışdır. 2018-ci ildə ölkənin avtomobil yollarında 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş vermişdir. İstehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6030 vahid kənd təsərrüfatı texnikası gətirilmişdir 2018-ci ildə Azərbaycana əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ildə ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2018-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz bahalaşmışdır 2019-cu ilin məhsulu üçün cari il dekabr ayının 1-i vəziyyətinə 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 72432,1 milyon manat olmuşdur

2018-ci ilin yanvar-sentyabr aylarında sənaye istehsalı haqqında

11.10.2018, 14:24

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-sentyabr aylarında 35,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz, neft sektorunda isə 0,7 faiz artmışdır.

Sənaye məhsulunun 73,1 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 0,7 faiz, əmtəəlik qaz hasilatı isə 2,4 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 27,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, elektrik avadanlıqlarının və tütün məmulatlarının hər birinin istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 53,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 42,7 faiz, tikinti materiallarının istehsalı 32,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 20,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 15,7 faiz, içkilərin istehsalı 11,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,8 faiz, hazır metal məmulatlarının istehsalı 7,4 faiz, kağız və karton istehsalı 5,8 faiz, geyim istehsalı 1,6 faiz artmış, qida məhsullarının istehsalı 0,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,8 faiz, əczaçılıq məhsullarının istehsalı 3,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,8 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 64,0 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 faiz artmışdır.

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim