AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

10.10.2018, 17:19

Oktyabrın 10-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayədəliyinin yeni təyin olunmuş rəhbəri xanım Fatoş Hande Harmancı ilə görüşüb.

Xanım Fatoş Hande Harmancını salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov onu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayədəliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, ölkəmizdəki xidməti fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizdə mütərəqqi islahatlar aparılır, yüksək iqtisadi göstəricilərin əldə olunması ilə yanaşı, həm də qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri reallaşdırılır, balanslaşdırılmış uğurlu daxili və xarici siyasət həyata keçirilir. Tahir Budaqov Dövlət Statistika Komitəsinin son illər ərzində həyata keçirdiyi layihələr, milli statistika sisteminin təkmilləşdirilməsi ilə bağlı əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq məsələlərini və statistika sistemində qazanılan uğurları diqqətə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayədəliyinin rəhbəri xanım Fatoş Hande Harmancı isə öz növbəsində səmimi görüşə və təbrikə görə mənmunluğunu ifadə edib. Azərbaycandakı fəaliyyəti dövründə Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Dövlət Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim