home envelope sitemap
logo
2018-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat vəsait yönəldilmişdir. Ölkə üzrə əhalinin sayı 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatmışdır. 2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 23,0 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17474,7 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 542,3 manat olmuşdur. 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz bahalaşmışdır. Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

2018-ci ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında

2018-09-13

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-avqust aylarında 31,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz, neft sektorunda isə 0,6 faiz artmışdır. 

Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 0,9 faiz, əmtəəlik qaz hasilatı isə 0,5 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 3,0 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 63,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,0 faiz, tikinti materiallarının istehsalı 31,7 faiz, əczaçılıq məhsullarının istehsalı 20,2 faiz, hazır metal məmulatlarının istehsalı 18,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,4 faiz, içkilərin istehsalı 9,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,0 faiz, geyim istehsalı 0,5 faiz artmış, qida məhsullarının istehsalı 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, kompüter, elektron və optik məhsulların, rezin və plastik kütlə məmulatlarının hər birinin istehsalı 9,6 faiz, maşın və avadanlıqların istehsalı 16,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 61,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz artmışdır.

Əlaqə telefonu:  539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim