AZ    EN
logo
2020-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz azalmışdır. 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 2,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında əsas kapitala 2,7 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-iyun aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,2 faiz artmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-may aylarında orta aylıq nominal əməkhaqqı 728,9 manat olmuşdur. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Xarici ticarət əlaqələri haqqında

12.09.2018

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 101 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17474,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11698,5 milyon dollar, idxalın dəyəri 5776,2 milyon dollar təşkil etmiş, nəticədə 5922,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-iyul  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6 faiz, real ifadədə isə 0,7 faiz, o cümlədən ixrac 0,8 faiz, idxal 0,5 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,8 faizini İtaliyaya, 8,0 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 5,3 faizini Hindistana, 4,7 faizini Tayvana (Çinin əyaləti), 4,3 faizini İndoneziyaya, 4,0 faizini Kanadaya, 3,9 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Portuqaliya və Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,2 faizini Gürcüstana, 3,0 faizini Fransaya, 2,6 faizini İspaniyaya,  qalan 17,6  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 10,2 faizi Çin, 6,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,1 faizi Ukrayna, 3,3 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla İsveçrə və Yaponiya, 2,4 faizi Birləşmiş Krallıq, 2,2 faizi Belarus, 27,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar-iyul aylarında 968,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 3,8 faiz çoxdur.

2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 48,0 faiz,  kartof – 15,5 faiz, bitki yağları – 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə, meyvə və tərəvəz konservləri – 23,5 faiz, polietilen – 10,9 faiz, emal olunmamış alüminium – 18,5 faiz, pambıq lifi – 66,9 faiz, qara metallardan borular – 10,2 faiz, pambıq ipliyi – 23,1 faiz artmış, təzə tərəvəz ixracı isə 1,5  faiz, şəkər – 44,7 faiz,  meyvə və tərəvəz şirələri – 15,2 faiz, tütün – 20,1 faiz, çay – 17,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 7,8 faiz, qara metallardan yarımfabrikatlar – 70,9 faiz, bentonit gili  – 3,2 faiz azalmışdır.

2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında buğda idxalı 17,1 faiz, bitki yağları – 41,7 faiz, təzə meyvə – 47,5 faiz, çay – 6,3 faiz, quş əti və onun əlavə məhsulları – 3,7 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,7 dəfə, qara metallardan çubuqlar – 27,3 faiz, mineral gübrələr – 77,0 faiz, mebellər – 32,1 faiz, hesablama maşınları, blok və qurğuları – 4,1 faiz,  rezin şinlər – 2,0 faiz, polietilen – 60,0 faiz, məişət kondisionerləri – 20,2 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 29,2 faiz, sement və sement klinkerləri – 59,4 faiz, məişət soyuducuları – 2,3 dəfə artmış, siqaret  idxalı isə 3,7 faiz, xam şəkər və şəkər – 45,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 20,7 faiz, kartof – 23,2 faiz, mal əti – 21,0 faiz, təzə tərəvəz – 46,3 faiz, polad prokatı – 2,2 faiz, qara metallardan künclüklər ­– 7,3 faiz, avtobuslar – 37,8 faiz azalmışdır.

Əlaqə telefonu: 538-77-25

         

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim