AZ    EN
logo
2020-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz azalmışdır. 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 2,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında əsas kapitala 2,7 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-iyun aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,2 faiz artmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-may aylarında orta aylıq nominal əməkhaqqı 728,9 manat olmuşdur. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında

10.09.2018

2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşmışdır.

Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2 faiz bahalaşmışdır.

Ay ərzində unun, mal, qoyun və toyuq ətinin, yumurtanın, balıq məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, kartofun, qəhvə və çayın qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, badımcanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, minik avtomobilləri və ehtiyat hissələrinin, velosipedlərin, telefon aparatlarının, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, zərgərlik məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri və yuyulması, metro və avtomobil nəqliyyatı ilə sərnişinlərin daşınması, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri, ali təhsil müəssisələrində təhsil haqqı, mənzillərin icarə haqqı bahalaşmış, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim