home envelope sitemap
logo
2018-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat vəsait yönəldilmişdir. Ölkə üzrə əhalinin sayı 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatmışdır. 2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 23,0 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17474,7 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 542,3 manat olmuşdur. 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz bahalaşmışdır. Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
image

Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Koreyada keçirilən təlimdə iştirak edir

2018-09-06

3-14 sentyabr 2018-ci il tarixlərində Koreya Respublikasının Dayjon şəhərində statistik məlumat bazasının və xidmət sisteminin yaradılmasına dair təlim keçirilir. Təlimdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı təmsil olunur.

Koreya Statistika Komitəsi tərəfindən təşkil edilən tədbirin əsas məqsədi Koreyanın statistik məlumat bazaları və onların idarə olunması, statistik informasiya və istehsal sistemləri üzrə məlumatların ötürülməsi sahəsində Azərbaycanlı mütəxəssislərə təlim təşkil etmək, eyni zamanda bu sahədə statistika qurumlarının təcrübələrini bölüşməkdir. Təlimin gündəliyinə əsasən Koreya milli statistika sisteminin strukturu, JAVA proqramlaşdırma dili, SQL, metaməlumatların idarə olunması sistemi üzrə aktual məsələlərə dair məlumatlar veriləcək, statistik məlumat bazalarının yaradılması, onların idarə olunması sahəsində təcrübələr, mövcud çətinliklər və bu istiqamətdə planlaşdırılan tədbirlərlə bağlı müzakirələr aparılacaq.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim