logo
2018-ci ildə əvvəlki illə müqayisədə sənaye məhsulu istehsalı 1,5 faiz artmışdır 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 37,1 milyard manat olmuşdur 2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz bahalaşmışdır 2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540,1 manat olmuşdur 2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1553,6 min nəfər olmuşdur 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 2633,5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir 2019-cu ilin məhsulu üçün cari il dekabr ayının 1-i vəziyyətinə 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 72432,1 milyon manat olmuşdur 2018-ci ilin yanvar-noyabr aylarında 44,0 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 12899,4 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsi üzrə 32,4 milyard manat məhsul satılmışdır. 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz bahalaşmışdır

Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların kommunal və rabitə xidmətlərindən istifadəsi haqqında

31.08.2018

2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə  nisbətən 5,6 faiz artaraq 125,3 milyon manat təşkil etmişdir.

İstehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz,  8,1 faizini su,  6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi təşkil etmişdir.

2018-ci ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94,0 faizini ödəmiş və 7,5 milyon manat kreditor borc yaranmışdır.

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə  97,1 faizindən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və  0,4 milyon manatlıq istilik enerjisinə qənaət etmişlər.

 

Əlaqə telefonu: 538-91-02

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim