logo
2019-cu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat vəsait yönəldilmişdir Ölkə əhalisinin sayı 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə olmuşdur. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar ayında 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2,9 milyard manata bərabər olmuşdur. 2018-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olmuşdur. 2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz bahalaşmışdır. 2018-ci ildə ölkənin avtomobil yollarında 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş vermişdir. İstehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6030 vahid kənd təsərrüfatı texnikası gətirilmişdir 2018-ci ildə Azərbaycana əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ildə ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2018-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz bahalaşmışdır 2019-cu ilin məhsulu üçün cari il dekabr ayının 1-i vəziyyətinə 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 72432,1 milyon manat olmuşdur

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

09.08.2018

2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1546,2 min nəfər olmuş, onlardan 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 21,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

 

tel.538-61-21

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim