logo

Yaşayış evlərinin tikintisi haqqında

17.07.2018

2018-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir.

Yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463,8 milyon manat olmuş, onun 89,3 milyon manatı dövlət, 374,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşmüşdür.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 6,0 min yaşayış evi tikmişlər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı və Sumqayıt şəhərlərində, Masallı, Tovuz, Qazax, Abşeron, Qəbələ, Şəmkir və Cəlilabad rayonlarında inşa edilmişdir.

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim