AZ    EN
logo
2020-ci ilin yanvar-avqust aylarında ölkədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8682,4 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 715,4 manat olmuşdur. 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Turizmin inkişafı haqqında

17.07.2018

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1 faizi yanvar, 12,5 faizi fevral, 20,9 faizi mart, 16,5 faizi aprel, 15,7 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlmişdir.

Cari ilin yanvar-iyun aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artmışdır. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə edilmişdir. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil etmiş və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olmuşdur.

2018-ci ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfər olmuşdur.                                                                                         

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2019,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,7 faizi İrana, 21,2 faizi Rusiya Federasiyasına, 12,7 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artmış, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalmışdır.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,2 faizi dəmir yolu və avtomobil, 18,9 faizi hava, 0,9  faizi isə su nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim