home envelope sitemap
logo
2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 541,0 manat olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 17,1 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz bahalaşmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29294,0 milyon manata çatmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır.
image

Tiranada milli statistika qurumlarının strukturuna dair strateji idarəetmə məsələlərinə həsr olunmuş seminar keçirilib

2018-07-06

5-6 iyul 2018-ci il tarixlərində Albaniyanın paytaxtı  Tirana şəhərində Avropa Azad Ticarət Assosiasiyası və Albaniya Statistika İnstitutunun təşkilatçılığı ilə inzibati məlumatlara və reyestrlərə xüsusi diqqət yetirməklə milli statistika qurumlarının strukturuna dair strateji idarəetmə məsələlərinə həsr olunmuş seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak edib. İki gün davam edən seminarda statistik istehsal prosesində inzibati məlumatlardan necə istifadə etməli mövzusu ilə yanaşı, Statistik Biznes-Prosesin Ümumi Modelinin (GSBPM), Statistika Təşkilatları üçün Fəaliyyətlərin Ümumi Modelinin (GAMSO) və keyfiyyəti idarə etmə sisteminin (KİS) tətbiqinə dair iştirakçı ölkələrin təcrübələri bölüşülərək mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin seminarda Azərbaycan milli statistika sistemi haqqında təqdimat da nümayiş olunub, Dövlət Statistika Komitəsində keyfiyyəti idarəetmə sisteminin qurulması, metaməlumatlar sisteminin mövcud vəziyyəti, GSBPM-in milli versiyasının hazırlanması, keyfiyyəti idarə etmə sisteminin daxili auditlərinin aparılması, KİS sahəsində əldə edilmiş nailiyyətlər və qarşıda duran gələcək addımlar barədə ətraflı məlumat verilib.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim