home envelope sitemap
logo
2018-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat vəsait yönəldilmişdir. Ölkə üzrə əhalinin sayı 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatmışdır. 2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 23,0 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17474,7 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 542,3 manat olmuşdur. 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz bahalaşmışdır. Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
image

Rəsmi Statistikada Keyfiyyət üzrə Avropa Konfransı keçirilir

2018-06-28

Avropa İttifaqının Statistika Bürosu (Avrostat) və Polşa Mərkəzi Statistika İdarəsinin təşkilatçılığı ilə Krakov şəhərində Rəsmi Statistikada Keyfiyyət üzrə Avropa Konfransı keçirilir. İyun ayının 29-dək davam edəcək konfransda rəsmi statistikada tərəqqiyə nail olmaq üçün yeni statistik texnologiyalarla bağlı elmi-prakitiki müzakirələr aparılacaq, statistik istehsal prosesinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalar və keyfiyyətin təmin olunmasına dair qabaqcıl təcrübələr təqdim ediləcək. Beynəlxalq tədbirdə həmçinin, statistikada keyfiyyətin təmin olunması standartları və onların tətbiqi zamanı qarşıya çıxan problemlərə, işçi və ekspert qrupları tərəfindən hazırlanmış son metodoloji tövsiyələrə, Avropa statistikasının normalar məcəlləsinə dair xüsusi sessiyalar təşkil olunacaq, açıq müzakirələr aparılacaq.  

Beynəlxalq təşkilatların, milli statistika qurumlarının, elmi cəmiyyətlərin 200-dən çox nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak edirlər. Komitə nümayəndələrinin konfransın “Keyfiyyətin idarə edilməsi və tətbiq olunan modellər” sessiyasında “Keyfiyyətin idarə edilməsi sistemi alətləri kimi Statistik Biznes-Prosesin Ümumi Modeli (GSBPM) və İSO: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatı nəzərdə tutulub. Konfrans iştirakçılarına Dövlət Statistika Komitəsinin keyfiyyətin təmin olunması sahəsində təcrübəsi təqdim olunacaq, eyni zamanda GSBPM və İSO 9001:2015 beynəlxalq standartlarının tətbiqi ilə bağlı əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat veriləcək.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim