AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Xarici ticarət əlaqələri haqqında

13.06.2018

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 94 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9318,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6292,7 milyon dollar, idxalın dəyəri 3026,1 milyon dollar təşkil etmiş, nəticədə 3266,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-aprel  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8 faiz, real ifadədə isə 3,3 faiz, o cümlədən ixrac 2,2 faiz, idxal 5,7 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,7 faizini İtaliyaya, 9,2 faizini İsrailə, 7,4 faizini Türkiyəyə, 5,5 faizini İndoneziyaya, hər biri 4,9 faiz olmaqla  Tayvan (Çinin əyaləti) və Almaniyaya, 4,4 faizini Çexiyaya, 3,7 faizini Kanadaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və İspaniyaya, 3,0 faizini Avstriyaya, 2,9 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, hər biri 2,5 faiz olmaqla Ukrayna və Hindistana, qalan 15,2  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,5 faizi Türkiyə, 10,1 faizi Çin, 7,8 faizi Almaniya, 4,7 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,1 faizi Belarus, 2,9 faizi İran, 2,3 faizi Birləşmiş Krallıq, 28,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar-aprel aylarında 485,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 19,3 faiz, real ifadədə isə 11,4 faiz çoxdur.

2018-ci ilin yanvar-aprel aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 60,7 faiz, meyvə və tərəvəz şirələri – 16,2 faiz,  kartof – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 24,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,0 faiz, polietilen – 9,6 faiz, emal olunmamış alüminium – 9,1 faiz, qara metallardan borular – 19,0 faiz,  pambıq ipliyi – 32,2 faiz, bentonit gili –19,8 faiz  artmış, təzə tərəvəz ixracı 12,8 faiz, şəkər – 42,2 faiz, tütün – 17,9 faiz, çay – 6,8 faiz, bitki yağları – 18,3 faiz, pambıq lifi – 9,6 faiz, qara metallardan yarımfabrikatlar – 88,5 faiz azalmışdır.

2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında buğda idxalı 56,3 faiz, bitki yağları – 60,1 faiz, təzə meyvə – 48,9 faiz, çay – 16,6 faiz, qara metallardan borular – 2,2 dəfə,  minik avtomobilləri – 3,0 dəfə, polad prokatı – 8,4 faiz, mineral gübrələr – 3,4 dəfə, mebel – 2,3 dəfə, qara metallardan çubuqlar – 21,3 faiz, hesablama maşınları, blok və qurğuları – 6,3 faiz, rezin şinlər – 7,3 faiz, polietilen – 63,8 faiz, paltaryuyan maşınlar – 62,5 faiz, yük avtomobilləri – 78,0 faiz, sement və sement klinkerləri – 2,2 dəfə, məişət soyuducuları – 2,4 dəfə  artmış, siqaret idxalı isə 10,5 faiz,  kərə yağı, digər süd yağları və pastaları – 18,1 faiz, kartof – 11,6 faiz, quş əti və onun əlavə məhsulları – 13,3 faiz, xam şəkər və şəkər – 81,3 faiz, mal əti – 17,3 faiz, təzə tərəvəz – 51,9 faiz, qara metallardan künclüklər ­– 16,7 faiz, məişət kondisionerləri – 9,0 faiz, avtobuslar – 11,5 faiz azalmışdır.

Əlaqə telefonu: 538-77-25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim