home envelope sitemap
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

2018-06-13

2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 13,7 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 6,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8 faiz və 3,0 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar-may aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 13 697,7 102,4
o cümlədən:
ərzaq məhsulları   6 190,2 102,0
içkilər və tütün məmulatları 668,5 100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 470,7 103,2
elektrik malları və mebellər 841,3 102,7
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 98,6 101,9
əczaçılıq və tibbi mallar 175,3 102,3
avtomobil yanacağı 798,4 101,6
digər qeyri-ərzaq məhsulları      2 454,7 103,4

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının 13,9 faizi ticarət müəssisələri, 52,3 faizi fərdi sahibkarlar tərəfindən, 33,8 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 23,3 faiz artmış, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 0,5 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  279,7 manat və ya 2017-ci ilin yanvar-may aylarının göstəricisindən nominal ifadədə 13,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Əlaqə telefonu: 538-77-25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim