AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Elmi kadrların hazırlanması haqqında

08.06.2018

Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də ölkənin elmi-texniki potensialın inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir.

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 53,7 faizi qadın olmaqla 2723 nəfər təhsil almışdır. Təhsil alanların 79,6 faizi fəlsəfə, 20,4 faizi isə elmlər doktoru proqramları üzrə təhsil almışlar.

Təhsil alanların 36,0 faizi elmi müəssisə və təşkilatlarda, 64,0 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil almışdır. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 33,0 və 67,0 faiz, elmlər doktoru proqramı üzrə isə 47,6 və 52,4 faiz təşkil etmişdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 49,2 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 37,5 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2168 nəfərin 301-i filologiya, 284-ü iqtisad, 257-si texnika, 144-ü kimya, hər biri üzrə 133 nəfər olmaqla aqrar və tarix, 115-i tibb, 103-ü siyasi, 102-si pedaqogika, 98-i biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 98 nəfər filologiya, 85 nəfər aqrar, 63 nəfər texnika, 54 nəfər kimya, 43 nəfər iqtisad, 38 nəfər biologiya, 23 nəfər tarix, hər birində 20 nəfər olmaqla pedaqogika və hüquq, 19 nəfər fizika, hər birində 18 nəfər olmaqla tibb, sənətşünaslıq və yer elmləri, 38 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2016-cı illə müqayisədə 2017-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 0,3 faiz azalaraq 529 nəfər, elmlər doktoru proqramı üzrə isə 12,7 faiz azalaraq 69 nəfər təşkil etmişdir. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 8,3 faiz, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 27,7 faiz artmış və müvafiq olaraq 455 və 129 nəfər təşkil etmişdir.

Bununla yanaşı, 2017-ci ildə fəlsəfə doktoru proqramı üzrə 801 dissertant təhkim olunmuşdur ki, onların da 56,3 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı isə 159 nəfəri qadın olmaqla 323 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunmuşdur.

Əlaqə telefonu: 538-90-12

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim