home envelope sitemap
logo
Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 20,1 milyard manat olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz bahalaşmışdır. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 541,0 manat olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 17,1 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz bahalaşmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29294,0 milyon manata çatmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır.
image

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

2018-05-31

Mayın 31-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilk öncə müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, ötən əsrin sonunda öz müstəqilliyini yenidən əldə edən Azərbaycan dövlətçiliyinin xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Avropa İttifaqının “Statistical Classification of Products by Activity, Version 2.1” əsasında milli “Məhsul Növləri Təsnifatı”nın (AZT030-2009) yenilənmiş versiyasının layihəsi və BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının 2016-cı il 29 aprel tarixli plenar iclasında qəbul edilmiş “Rəsmi statistika haqqında” model Qanun əsasında “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı təkliflər müzakirə edilib.

Qeyd olunub ki, istehsal və istehlak olunan məhsulların, göstərilən xidmətlərin təsnifləşdirilməsi məqsədilə hazırlanmış Məhsul Növləri Təsnifatının IV variantı Avrostat tərəfindən hazırlanmış müvafiq təsnifatın strukturu saxlanılmaqla, istehsal və xidmət xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Rəsmi statistika sahəsində milli qanunvericiliyin beynəlxalq norma və prinsiplərə uyğunluğunun təmin edilməsi məqsədilə BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının plenar iclasında qəbul edilmiş “Rəsmi statistika haqqında” model qanun əsasında isə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi  hazırlanıb.

Müzakirələrlə davam edən iclasda mövzü ilə bağlı təkliflər səsləndiririlib, müvafiq qərarlar qəbul olunub.                                                                                            

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim