home envelope sitemap
logo
Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 20,1 milyard manat olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz bahalaşmışdır. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 541,0 manat olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 17,1 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz bahalaşmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29294,0 milyon manata çatmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır.

Turizmin inkişafı haqqında

2018-05-23

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22,0 faizi yanvar, 19,6 faizi fevral, 32,7 faizi mart, 25,7 faizi isə aprel ayında ölkəyə gəlmişdir.

Cari ilin yanvar-aprel aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 1,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,2 dəfə artmışdır. İrandan gələnlərin sayında 5,4 faiz azalma müşahidə edilmişdir.

2018-ci ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  12,4 faiz artaraq 32,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,4 faiz artaraq 284,9 min nəfər olmuşdur.                                                                                        

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,6 faizi dəmir yolu və avtomobil, 38,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2018-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1289,0 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiya Federasiyasına, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 68,4 faizi kişilər, 31,6 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6 faiz artmış, Türkiyəyə gedənlərin sayı 16,1 faiz, Gürcüstana gedənlərin sayı 3,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,1 faiz azalmışdır.

Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,0 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim