AZ    EN
logo
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 22340,7 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10146,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 27,6 milyard manatlıq məhsul satılmışdır. 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58464,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 589,3 manat olmuşdur. 2019-cu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1611,1 min nəfər təşkil etmişdir. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır.

Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə

21.05.2018

2018-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfər olmuş və onların 28,8 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76,0 faizi 4-7-ci təsnifatları üzrə və 19,5 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.  

Dövlət qulluqçularının 6,9 faizi 1 ilə qədər, 26,1 faizi 1 ildən 5 ilə qədər, 22,2 faizi 5 ildən 10 ilə qədər, 17,3 faizi 10 ildən 15 ilə qədər, 27,5 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,5 faiz, 30-34 yaşda 15,7 faiz, 35-44 yaşda 23,0 faiz, 45-54 yaşda 21,9 faiz, 55-62 yaşda 18,3 faiz, 63-64 yaşda 2,3 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,7 faizini şöbə müdirləri, 11,3 faizini şöbə müdirinin müavinləri, 8,2 faizini sektor müdirləri, 25,9 faizini baş məsləhətçilər, 5,3 faizini böyük məsləhətçilər, 13,0 faizini aparıcı məsləhətçilər və 20,5 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,1 faiz komplektləşdirilmişdir.

Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 690,7 manat təşkil etmişdir.

Əlaqə telefonu: 538-61-21

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim