AZ    EN
logo
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 22340,7 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10146,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 27,6 milyard manatlıq məhsul satılmışdır. 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58464,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 589,3 manat olmuşdur. 2019-cu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1611,1 min nəfər təşkil etmişdir. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır.

2018-ci ilin yanvar-aprel aylarında sənaye istehsalı haqqında

14.05.2018

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-aprel aylarında 15,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artmış, neft sektorunda isə 0,6 faiz azalmışdır. 

Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 21,9 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz artmış, əmtəəlik qaz hasilatı isə 10,8 faiz azalmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 98,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 91,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 62,6 faiz, tikinti materiallarının istehsalı 37,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,2 faiz, geyim istehsalı 12,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,1 faiz artmış, içkilərin istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 5,1 faiz, maşın və avadanlıqların istehsalı 5,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 6,1 faiz, əczaçılıq məhsullarının istehsalı 22,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 33,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 64,0 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalmışdır.  

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim