Turizmin inkişafı haqqında

23.04.2018

2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 15,8 faizi İran, 11,6 faizi Türkiyə, 4,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Ukrayna, 1,8 faizi İraq, 14,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 29,6 faizi yanvar, 26,4 faizi fevral, 44,0 faizi isə mart ayında ölkəyə gəlmişdir. Mart ayında ölkəmizə gələlənlərin 25,8 faizini İran vətəndaşları təşkil etmiş və onların sayı ötən ilin mart ayında gələnlərdən 4,6 faiz çox olmuşdur.

Cari ilin yanvar-mart aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artmışdır. İrandan gələnlərin sayında 6,4 faiz azalma müşahidə edilmişdir.

2018-ci ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,1 faiz azalaraq 18,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,7 faiz artaraq 204,4 min nəfər olmuşdur. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,3 faizi dəmir yolu və avtomobil, 35,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2018-ci ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 943,3 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 31,6 faizi Gürcüstana, 27,2 faizi İrana, 21,8 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,8 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 69,9 faizi kişilər, 30,1 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9 faiz artmış, Türkiyəyə gedənlərin sayı 21,6 faiz, Gürcüstana gedənlərin sayı 7,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,1 faiz azalmışdır.

Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,7 faizi dəmir yolu və avtomobil, 19,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-93-98