home envelope sitemap
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb

2018-04-16

 

Aprelin 16-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nariman Mannapbekov ilə görüşüb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın inkişaf etdirilməsi, statistika sahəsində kadr potensialının artırılması məqsədi ilə müvafiq təlim kurslarının təşkili məsələləri müzakirə olunub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Asiya İnkişaf Bankının nümayəndələrini salamlayıb, son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın uğurlu diversifikasiyasına, respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanın, makroiqtisadi konsepsiyanın reallaşdırılmasına nail olunduğunu deyib. Bildirib ki,  bütün mütərəqqi hədəflər müxtəlif sahələr üzrə çoxsaylı dövlət proqramlarında öz əksini tapıb, nəticədə ölkəmizin dayanıqlı inkişafı üçün zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm beynəlxalq imicinin, həm də iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Tahir Budaqov bu istiqamətdə statistik informasiyanın vacibliyinə toxunaraq, milli statistika sisteminin daha da gücləndirilməsi məqsədilə islahatlar aparıldığını qeyd edərək, Dövlət Statistika Komitəsinin beynəlxalq maliyyə institutları ilə, o cümlədən AİB ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nariman Mannapbekov səmimi görüşə görə minnətdarlığını ifadə edib. Bildirib ki, AİB yeni iqtisadi imkanların genişləndirilməsi, inkluziv inkişafın təşviqi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycana dəstək göstərir. Azərbaycan statistika sisteminin daha da təkmilləşdiriləsi ilə bağlı həyata keçirilən işlərin müsbət əhəmiyyətini qeyd edib, Asiya İnkişaf Bankının zəruri dəstəyə açıq olduğunu vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə Asiya İnkişaf Bankı arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim